A

UNEC-də kitab müzakirələri” adlı silsilə tədbirlər çərçivəsində növbəti müzakirə “Riyaziyyat və statistika” kafedrasının təşkilatçılığı və Kitabxana İnformasiya Mərkəzinin dəstəyi ilə olub.

“Riyazi analiz-3. Həqiqi və kompleks dəyişənli funksiyalar nəzəriyyəsi” kitabının müzakirəsinın açılışında çıxış edən kafedra müdiri prof. Natiq Əhmədov  elmin istənilən sahəsində riyazi tədqiqat metodları və modelləşdirmənin vacib rolundan danışıb. O, riyaziyyatın digər elmlər üçün də dəqiq tədqiqat üsuluna, anlayış və problemlərin son dərəcə aydın formalaşdırılması vasitəsinə çevrildiyini diqqətə çatdıraraq, müasir dövrdə elmlərin inkişaf səviyyəsinin həmin elmlərdə riyazi aparatdan istifadənin dərəcəsi ilə müəyyən edildiyini vurğulayıb.

Sonra kafedranın dosentləri T.Quluzadə, S.Əkbərova Azərbaycan kitabın “Komputer elmləri” ixtisasında təhsil alan tələbələrin “Kompleks analiz” fənnin tədrisi üçün dəyərli dərs vəsaiti olduğundan danışıblar.

TOP XƏBƏRLƏR