A

UNEC-də kitab müzakirələri” tədbirləri çərçivəsində “Dizayn” kafedrasının təşkilatçılığı, UNEC Library İnformation Center (KİM) dəstəyi ilə “Dizayn” kafedrasının müəllimi Pərvin Namazovanın təqdimatında “Graphic design a new history” (Stephen J.Eskilson) və ”The graphic design” idea book (Steven Heller and Gail Anderson) kitablarının müzakirəsi keçirilib.

Tədbiri “Dizayn” kafedrasının müdiri dos. Elfanə Qasımova açaraq, təqdim olunan kitabların qrafik dizayn sahəsində olan önəmi, keçmişdən bu günə sarı innovativ baxış aspektlərini açıqladı.

“Dizayn” kafedrasının müəllimi Pərvin Namazova kitabla bağlı iştirakçılara ətraflı məlumat verərək, bildirib. Yeni texnologiya və ticarət imkanları yaratmış olan sənaye inqilabı, reklam, kitab nəşirləri və jurnalların hazırlamasında bir sıra yeniliklərə səbəb olaraq, müasir dövrdə özünü biruzə vermişdir. Demək olar ki, bütün dünyada və Avropada ortaya çıxan bir çox modern sənət axınları, dizayn sahəsində bədii və kommersiya imkanlarının mümkünlüyü, bu dövrdə mövcud olan texnologiyanın, qrafik dizayn sahəsində yaratmış olduğu yeniliklərlə yanaşı daha da inkişaf edərək, özünü təkmilləşdirilməsinə və bugünkü dövrə qədər gəlib çatmasına təkan verməsini qeyd edib.

 Sonda kitab ətrafında geniş müzakirələr aparılıb.  

 

TOP XƏBƏRLƏR