A

2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə uyğun olaraq, Azərbaycan Dövlət İqtisad Universitetində qəbul edilmiş “Yaşıl UNEC” ili çərçivəsində Kitabxana-İnformasiya Mərkəzinin Əsaslı kitabxanasında xüsusi sərgi təşkil edilib və KİM-in veb səhifəsində virtual sərgi yaradılıb.

Sərgidə təhsilalanlar və professor müəllim heyətinə nümayiş olunan 50-yə yaxın ədəbiyyat, o cümlədən, ekologiyanın qorunması, sağlam ətraf mühitin mühafizəsi, yaşıl iqtisadiyyat konsepsiyası, bərpa olunan enerji mənbələrindən istifadə, ekoloji menecment və digər mövzular üzrə aktual elmi nəşrlər oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.

Təhsilalanlar və elmi-pedaqoji heyət təqdim olunan kitabları KİM-in kitabxanalarından əldə edə və ya elektron kitabxanadan oxuya bilərlər. 

VİRTUAL SƏRGİ

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay