Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Statistika üzrə Beynəlxalq Tələbə olimpiadasında iştirak ediblər.
Olimpiadada StatAnalytics komandası ilə təmsil olunan tələbələr UNEC Biznes Məktəbinin I kurs magistri Leyla Mehdiyeva, Rus İqtisad Məktəbinin IV kurs tələbələri Ağamurad Ağayev, Nəcibə Taşova olub.
UNEC tələbələri yarışın yaradıcılıq məhrələsindəki tapşırıqları uğurla yerinə yetirərək ilk gündən münsiflər heyətinin rəğbətinı qazanıblar. Test mərhələsində isə Azerbaycan və Böyük Vətən müharibəsi: Statistika və sosial-iqtisadi dəyişikliklər” adlı layihə ilə çıxış edən UNEC komandası statistika elminin böyük alimləri olan V.N.Salin, S.Q.Biçkova və digərləri tərəfindən yüksək dəyərləndirilərək “Ən yaxşı tarixi işıqlandırma” nominasiyası üzrə Olimpiadanın qalibi olub.
UNEC komandasına “Riyaziyyat və statistika” kafedrasının dosenti Vüsalə Teymurova rəhbərlik edib.