UNEC-in 95 illik yubileyi və 28 May – Müstəqillik Günü münasibətilə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun birgə təşkilatçılığı ilə fakültələrarası basketbol turniri təşkil olunub.
Turnirin keçirilməsində əsas məqsəd tələbələr arasında sağlam həyat tərzini təşviq etmək, fiziki fəallığı artırmaq və gəncləri idmana daha çox cəlb etmək olub. Eyni zamanda, yarış komanda ruhunun gücləndirilməsi, qarşılıqlı əməkdaşlığın və tələbələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyıb.
Maraqlı və rəqabətli oyunlarla yadda qalan turnirin yekununda Rus İqtisad Məktəbinin “GSW” komandası birinci yerin sahibi olub.