UNEC-in 95 illik yubileyi çərçivəsində “UNEC Tarixini öyrənək” adlı bilik yarışmasının final turu keçirilib.
Yarışmanın keçirilməsində məqsəd tələbələrin UNEC-in zəngin tarixi barədə biliklərini artırmaq və bu bilikləri maraqlı formatda paylaşmaq olub.
Gərgin və həyəcanlı keçən final mərhələsində 9 tələbə qələbə uğrunda mübarizə aparıb.
Nəticələrə əsasən:
- I yer – Hüseynəli Məmmədli, Rəqəmsal İqtisadiyyat fakültəsi.
- II yer – Turan Məmmədov İqtisadiyyat və idarəetmə fakültəsi.
- III yer – Günəş Məmmədova UNEC Qiyabi və əlavə təhsil mərkəzi.
Sonda qaliblərə diplom və simvolik hədiyyələr, digər tələbələrə isə təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, bilik yarışmasının sualları "Humanitar fənlər" kafedrasının müdiri professor Vəkil Həsənov tərəfindən tərtib edilib.