UNEC-in 95 illik yubileyi və 28 May – Müstəqillik Günü münasibətilə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi, Rəqəmsal Könüllülər Təşkilatı və İdman Klubunun birgə təşkilatçılığı ilə fakültələrarası voleybol turniri keçirilib.
Turnirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzini təşviq etmək, idmana marağı artırmaq, eyni zamanda komanda şəklində işləmə bacarıqlarını inkişaf etdirmək və tələbələr arasında dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri gücləndirmək olub.
Gərgin və həyəcanlı qarşılaşmalarla yadda qalan turnir tələbələrin fiziki və psixoloji inkişafına müsbət təsir göstərməklə yanaşı, onların asudə vaxtlarını da faydalı şəkildə keçirmələrinə şərait yaradıb.
Yekun nəticələrə əsasən turnirin qalibləri aşağıdakı kimi müəyyən olunub:
- I yer – Mühəndislik fakültəsinin “Amaterasu” komandası
- II yer – Rus İqtisad Məktəbinin “Sanin Mod” komandası
- III yer – Rəqəmsal İqtisadiyyat fakültəsinin “Tree of Tut” komandası
Turnirin sonunda qalib komandalar diplom, medal və kuboklarla təltif olunublar.