A

UNEC-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin təqdimatı keçirilib.

UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova bildirib ki, Gənclər Fondunun elan etdiyi qrant müsabiqələri gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsində, vətənpərvərlik ruhunda tərbiyə olunmasında, ictimai fəallığının artırılmasında, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasında xüsusi rol oynayır.

Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov bildirib ki, Fond gənclər təşkilatlarını və 16-29 yaş həddində olan fiziki şəxsləri X qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir. Müsabiqənin prioritet istiqamətlərini açıqlayan O.Ərəbov bildirib ki, layihələr tələbələrin sosial vəziyyətinin, məişət şəraitinin, onların elmi və bədii yaradıcılığının inkişafını dəstəkləmək məqsədi daşımalıdır. Layihələrin məbləğini açıqlayan sektor müdiri bildirib ki, məbləğ “A” kateqoriyası üzrə 10 000, “B” kateqoriyası üzrə 13 000, “C” kateqoriyası üzrə 3 000 AZN-dən çox olmamalıdır. Fonda ilk dəfə müraciət edən gənclər təşkilatları 5 000 manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər. Müsabiqədə yalnız 2016-cı ilin sonunadək dövlət qeydiyyatına alınmış gənclər təşkilatları və 1988-ci il aprelin 24-dən 2001-ci il mayın 15-dək anadan olmuş fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqənin nəticələri Fondun rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.Görüşün sonunda UNEC tələbələrini maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay