A

UNEC-də “Bilik iqtisadiyyatı və Azərbaycanda onun inkişaf prespektivləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

“Elmi-tədqiqat ili” çərçivəsində keçirilən konfransda UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov bildirib ki, “Biliyə əsaslanan iqtisadiyyat” termini ötən əsrin 90-cı illərindən elmdə geniş istifadə olunmağa başlayıb. Bu yeni növ iqtisadiyyatı fərqləndirən əsas amil də bilik və insan kapitalına söykənməsidir. Professor Hazırda UNEC-də bilik iqtisadiyyatının formalaşması prosesinin getdiyini və bu istiqamətdə UNEC-in müvafiq qurumları tərəfindən elmi araşdırmalar aparıldığını qeyd edib. O, UNEC-də qabaqcıl ideya və layihələrin bilik cəmiyyətinin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb: “UNEC-də biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq mütəxəsiss hazırlığı və professor - müəllim heyətinin elmi tədqiqat nəticələrinin tədris prosesində tətbiqinin və biliklərin kommersiyalaşması stimullaşdırılmasına fokuslanıb. Universitetdə tədqiqat sahəsində ixtisaslaşmanı təmin etmək məqsədilə UNEC-in akademik heyətinin elmi maraqları nəzərə alınmaqla qlobal iqtisadi çağırışlara cavab verən araşdırma mərkəzləri yaradılıb”.

Professor Z.Məmmədov UNEC-də əlverişli elm, təhsil və innovasiya mühitinin formalaşdığını və bu istiqamətdə elmi-tədqiqat işlərinin nəticələrinin istehsalat və tədris prosesində tətbiqinin zəruri məsələ olduğu bildirib.

UNEC-in Elektron İdarəetmə Mərkəzinin direktoru, dosent Zöhrə Həsənova “İnformasiya iqtisadiyyatının ənənəvi iqtisadiyyatla fərqli cəhətləri”, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ETİ-nun direktor müavini, professor Arzu Hüseynova “Azərbaycanda bilik iqtisadiyyatına doğru”, “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti Elşad Səmədzadə “Bilik iqtisadiyyatı davamlı inkişafın təməli kimi” və Elektron İdarəetmə Mərkəzinin aparıcı proqramlaşdırıcısı Ofelya Mazanova “Bilik iqtisadiyyatı formalaşmasında İKT problemləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Konfransın sonunda insan kapitalının formalaşması, elmi kadrların hazırlanması, intellektual potensialdan səmərəli istifadə edilməsi, elmi-tədqiqat işlərinin-nəticələrinin tətbiqi və s. kimi müxtəlif problemlər müzakirə edilib, təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay