A

UNEC-in “Rəqəmsal iqtisadiyyat və informasiya-kommunikasiya texnologiyaları” kafedrasının müəllimləri, dosent Aida Quliyeva və Ülviyyə Rzayevanın həmmüəllifi olduqları elmi məqalə ən böyük istinad bazası kimi tanınan “Scopus”a daxil olan jurnalda dərc edilib.

“Qlobal təhlükəsizlik və iqtisadi asimmetriya: inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin müqayisəsi” (Global security and economic asymmetry: a comparison of developed and developing countries) adlı tədqiqat işinin dərc olunduğu jurnal Journal of securıty and sustaınabılıty issues adlanır.

UNEC alimləri məqalədə enerji ixracından asılı ölkələrə təsir göstərən qlobal asimmetriyanı nəzərdən keçiriblər, neft və neft məhsulları satışından əldə edilən gəlirlərin azalması şəraitində bu  asimmetriyadan çıxış yollarını araşdırıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay