A
UNEC Tələbə Gənclər Təşkilatı DQƏTM fakültəsinin sədri Nərmin Hüseynzadənin təşkilatçılığı ilə ''Nanotexnologiya Ekranlarda'' adlı seminar keçirilib. Seminarın qonağı Bakı Dövlət Universiteti Nanomaterialların Kimyəvi Fizikası Kafedrasının müəllimi Şirxan Hümbətov tələbələri salamlayıb, mövzu barədə iştirakçılara məlumat verdi. 
Seminarda yaddas qurğuları üçün maqnit-dielektrik, maqnitorezistiv nanokompozisiyaların alınması və onlarda fazalararası qarşılıqlı təsirin rolunun tədqiqi, yeni foto-, elektro-, termolüminessent kompozisiyaların alınması və tədqiqi kimi məsələlərə toxunulmuşdur. ''Nanotexnologiya Ekranlarda'' adlı seminar tələbələr tərəfindən böyük maraqla qarşılanmış və analoji tədbirlərin gələcəkdə də keçirilməsinin zəruriliyi vurğulanmışdır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay