A

UNEC-in Biznes və menecment fakültəsinin “Ticarət və gömrük işinin təşkili” kafedrasının TEC rəhbəri, dosent Pikəxanım Xudiyevanın təşkilatçılığı ilə “Azərbaycanda rəqabət şəraitində kommersiya fəaliyyətinin müasir inkişaf tendensiyaları” mövzusunda konfrans keçirilib.

Konfransda Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov çıxış edərək Azərbaycanda biznesin inkişafında kommersiya fəaliyyətinin rolu və onun aktuallığı haqqında tələbələrə məlumat verib.

“Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri professor Arif Şəkərəliyev “Azərbaycanda biznesin inkişafı, onun dinamikası və möcvud problemləri” barədə məruzə ilə çıxış etmişdir.  

Konfransda tələbələr “Kommersiya fəaliyyətində reklamın sosial psixoloji aspektləri”,“İnternet reklamı və onun inkişaf dinamikası”, “Sahibkarlıq fəaliyyətində informasiya texnologiyalarının rolu”, “Azərbaycanda biznesin inkişafında  elektron ticarətin yeri və rolu” və diğər mövzularda çıxış etdilər.

 Konfransın sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı və fəal iştirak edən tələbələr sertifikatlarla təltif edildi.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay