A

UNEC-də “Elm aylığı“ çərçivəsində universitetin Koqnitiv İqtisadiyyat Mərkəzinin direktoru, dosent Mənsur Bərxudarovun “Azərbaycan iqtisadiyyatı koqnitiv tədqiqatlar kontekstində” mövzusunda geniş və maraqlı məruzə ilə çıxış etdi.

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, i.e.d., prof. Zahid Məmmədov, Rus iqtisad məktəbinin nəzdindəki “İqtisadiyyat” (rus dilində) kafedrasının professor-müəllim heyəti, RİM fəal tələbələri, müxtəlif tədris binalarından olan qonaqlar Azərbaycanda ilk dəfə olaraq, iqtisadiyyatımızın, iqtisad elminin keçdiyi yola, mərhələlərə müasir dövrün aktual yanaşması – koqnitiv araşdırmalar prizmasından təhlilinə şahid oldular.

Məruzəçinin çıxışında iqtisad elminin, araşdırmalarının bu günə qədər olan nəzəri məktəblərin keçdiyi yola, bu sahədə mütəfəkkirlərin irəli sürdükləri konsepsiyalar, cəmiyyətin sosial-iqtisadi inkişaf dinamikasına nəzər salındı, müasir dövrdə yeni paradiqmanın zəruriyyəti əsaslandırıldı. Və bundan sonra dünyada artıq kifayət qədər inkişaf etmiş, elmi-iqtisadi uöurlara imza atmış, Azərbaycan da isə UNEC çərçivəsində ilk addımlarını atan koqnitiv elm bir sistem olaraq göstərildi. Koqnitiv elmin strukturu, elmi prinsipləri, metodologiyası açıqlandı. Natiq koqnitiv elmin Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar kontekstində tətbiq sahələrini qeyd etməklə bahəm konkret nəticələr və təkliflərlə çıxış etdi.

Mənsur Bərxudarovun Azərbaycanda bu sahədə atdığı ilk pioner addımları iclasda maraqlı elmi polemika, diskussiya ilə müşayiət olunurdu ki, bu bir daha koqnitiv elm sahəsində milli tədqiqatların, araşdırmaların dərinləməsi, genişləndirilməsi zəruriyyətini üzə çıxartdı.    

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay