A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Əlican Babayev Moskva şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

Rusiya Azad İqtisadcilar Birliyi, Rusiya Elmlər Akademiyası və Ümumdünya Siyasi İqtisad Assosiyasiyasının birgə təşkil etdiyi beynəlxalq konfrans “Sosial-iqtisadi inkişafın perspektivləri və elmin rolu” mövzusunda olub.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “IV Beynəlxalq siyasi iqtisad konqresi” nəzdində “İqtisadiyyat fənlərarası tədqiqat obyekti kimi” mövzusuna həsr olunan konfransda “İqtisadi nəzəriyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əlican Babayev “XXI əsrin çağırışları konteksində siyasi iqtisad” mövzusunda konfransın  “İqtisadiyyata fənlərarası baxış: siyasi iqtisadın metodologiyasının və nəzəriyyəsinin potensialı” adlı bölmə iclasında məruzə ilə çıxış edib. UNEC professorunun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konfransda dünyanın 24 ölkəsinin, o cumlədən ABŞ-ın, Fransanın, İngiltərənin, Çinin, Yunanıstanın, Rusiyanın, Azərbaycanın, Qazağıstanın,  Belarusun, Gurcüstanın, Polşanın, Ukraynanın alimlərinin və ekspertlərinin təmsil olunduğu 2500-dən artıq nümayəndə iştirak edib.

TOP XƏBƏRLƏR