A

UNEC-də “Doktorluq dissertasiyası yazmaq üçün metodik göstərişlər” (“Didactical Guidelines Handbook on A Writing Doctoral Dissertation”) adlı metodik vəsait nəşr olunub.

Azərbaycan və ingilis dilində nəşr olunan metodik vəsaitin həmmüəllfləri Doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov və Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin əməkdaşı, gənc tədqiqatçı Nərgiz Hacıyevadır. 

Metodik vəsait iqtisadiyyat əsaslı ixtisasları üzrə təhsil alan doktorant, dissertant, gənc müəllim və tədqiqatçılara fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertasiya işinə metodik dəstək verməklə yanaşı, metodoloji axtarış problemini asanlaşdırır. Metodiki vəsaitin hazırlanmasında məqsəd iqtisad elminin metodoloji əsaslarının hərtərəfli öyrənilməsindən, müxtəlif iqtisadi fənlərin mənimsənilməsində onun rolunun və elmi əhəmiyyətinin açıb göstərilməsindən, tədqiqatçılar tərəfindən öz elmi araşdırmalarında istifadə oluna bilən metodologiya və iqtisadi tədqiqat metodları haqqında nəzəri biliklərin dərinləşdirilməsi və onun emprik təhlili əsasında praktikaya tətbiqi imkanlarının genişləndirilməsindən ibarətdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay