A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Keyfiyyət ili" çərçivəsində  professor-müəllim heyəti üçün "Eviews ilə zaman sıralarının analizi" adlı təlim proqramı təşkil olunub. 

Təlim 2020-ci il 15-22 yanvar tarixlərində UNEC Türk Dünyası İqtisad Fakultəsinin gənc müəllimi, DataSoCool platformasının analitiki Həsrəddin Quliyev tərəfindən həmin fakültənin nəzdində yaradılmış "Business Analytics Lab"da hər gün 3 saat olmaqla keçiriləcək.

Təlimdə  “‌Reqressiya modelləri”, “‌Zaman sıralarının xüsussiyyətlərinin araşdırılması”, “‌Vahid kök testləri”, “‌ARIMA model tipləri”, “Kointeqrasiya analizi” və “‌VAR modelləri” mövzularında iştirakçılara əhatəli bilgi veriləcək.

Qeyd edək ki, "Eviews" iqtisadçılar tərəfindən ən çox istifadə olunan Ekonometrik paket proqramlardan biridir. Bu təlimdə makroiqtisadi dəyişkənlər arasında əlaqələr Eviews proqramının yardımı ilə ekonometrik modellər qurularaq qiymətləndirilir. Təlim, həmçinin empirik iqtisadi araşdırmalara dəstək olmaq və tətbiqi ekonometrikayla bağlı bilgi və bacarırqların artırılmasına töhfə vermək məqsədi daşıyır.

Onu da bildirək ki, təlim ekonometrik modellərə dair nümunə datasetlər üzərində çalışmalara da yer verilərək dəstəklənməkdədir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay