A

UNEC EFTİED-in Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin və UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin birgə təşkilatçılığı ilə “Koqnitiv modellərin köməyi ilə qərarların verilmə mexanizmlərinin öyrənilməsi” mövzusunda onlayn seminar keçirilib.

Seminarda ABŞ Texas A&M universitetinin Tətbiqi iqtisadiyyat departamentinin doktorantı, İnsan davranışları laboratoriyasının baş meneceri, UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbər müavini Samir Hüseynov məruzə ilə çıxış edib.

Məruzəçi koqnitiv iqtisadiyyatın inkişaf tarixinə qısa nəzər salaraq, müasir biomterik avadanlıqlar və onlar əsasında ortaya çıxmış yeni neyro-fizioloji ölçmələrin qərarvermə prosesinə yanaşmamızı fundamental olaraq necə dəyişdirdiyini izah edib. Bu dəyişikliklərin əmtəənin dəyərinin  formalaşması kimi fundamental elmi məsələlərdə, istərsə də marketinq kimi tətbiqi istiqamətlərdə hansı yeni perspektivlər qazandırdığını ortaya qoyub.

Sonra isə məruzəçi neyro-fizioloji ölçmələrin getdikcə daha əlçatan olmasının iqtisadiyyat elmi üçün yeni imkanlar yaratması, biometrik avadanlıqların iqtisadi qərarların verilməsi zamanı beynin aktivlik dərəcəsi, emosiyalar və gözün hərəkət trayektoriyası kimi amilləri izləməyi mümkün etməsindən bəhs edib.  Bu yeni məlumatların həm mövcud iqtisadi anlayışları rekalibrasiya etmək, həm də qərarvermə prosesini modelləşdirmək fürsəti verdiyini, eləcə də koqnitiv iqtisadiyyatı iqtisadiyyat elminin sürətli inkişaf edən qoluna çevirdiyini qeyd edib.

İştirakçıların böyük maraqla dinlədikləri seminar müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay