Azərbaycan Dövlət İqtisad Unversitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun boyük elmi işçisi Fərhad Mikayılov və “SABAH” Mərkəzinin “Mühasibat uçotu” ixtisasının III kurs tələbələri Vəli Səməndərli və Zaur Məmmədovun həmmüəllifi olduqları “Təcavüzkar siyasətin Ermənistan iqtisadiyyatına təsiri” (“Impact of agressive policy to the economy of Armenia”) adlı məqalə 58-ci Beynəlxalq elmi konfransa ilkin mərhələsinə qəbul olunub.
Məqalədə Qarabağ müharibəsi və Ermənistanın təcavüzkar siyasətinin həmin ölkənin iqtisadiyyatına və regiona təsirləri araşdırılıb. Ermənistanın yaratdığı və davam etdirdiyi münaqişə nəticəsində regional və beynəlxalq layihələrdən kənarda qalaraq itirdiyi imkanlar iqtisadi cəhətdən təhlil edilərək, rəqəmlərlə göstərilib. Bununla yanaşı, məqalədə regionun umumi mənzərəsinə nəzər yetirilərək Azərbaycanla daim əməkdaşlıq edən Gürcüstan dövlətinin gəlirləri və əks mövqedə olan Ermənistanın itkiləri qarşılaşdırılaraq, Ermənistanın itirdiyi iqtisadi mənfəət statistik gostəricilərlə ifadə olunub.
Konfransın materialları beynəlxalq indeksləşdirilmiş elmi baza olan “Web of Science”a daxildir.