A

UNEC SABAH Mərkəzi elmi tədqiqatyönümlü fakültəyə çevrilmək istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Mərkəzin müəllim, tələbə və məzunlarının növbəti elmi tədqiqatları və məqalələri Web of Science, Scopus kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşib.

Mərkəzin rəhbəri dosent Aida Quliyeva, müəllim Ülviyyə Rzayeva və SABAH məzunu Nərmin Cəfərovanın Azərbaycanın enerji müəssisələri timsalında bəzi göstəricilərin qeyri-səlis məntiqlə təhlili mövzusunda yazdıqları tədqiqat işində qeyri-səlis məntiq aparatının (MATLAB proqram paketinin Qeyri-səlis Məntiq alət dəsti) istifadəsi ilə istehsal göstəricilərinin inkişafının qiymətləndirilməsi üçün model hazırlanıb. Model müəssisələrin səmərəliliyi və inkişafının mikroiqtisadi göstəricilərinə əsaslanır.

Daha bir maraqlı tədqiqat SABAH müəllimi Mətin Füruzi, tələbələr Nəbi Rəhimov, Günel Məmmədova, Qədim Qədimov, Ülvi Salehzadə, Ülkər Mahmarzayeva tərəfindən aparılıb. Müəlliflər pandemiyanın İtaliyada otellərə vurduğu ziyanı araşdırıblar. Məqalədə dövlətin aparmalı olduğu zəruri iqtisadi islahatlar və otel sənayesinin iqtisadi böhranlara hazırlığı və dayanıqlığı yolları da açıqlanıb.

Mərkəzin müəllimi Aysel Quliyevanın 4-cü kurs tələbələri Jalə Rzayeva və Arzu Miriyeva ilə həmmüəllifi olduqları “İnkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerji mənbələrinin təbii və iqtisadi təsiri: Azərbaycan nümunəsi adlı məqalədə isə Azərbaycan nümunəsindən istifadə edilərək, inkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerji mənbələrinin təbii və iqtisadi təsirlərinə diqqət yetirilib.

İqtisadiyyatın yeni tendensiyaları: rəqəmsal enerji nümunəsi adlı növbəti məqalədə SABAH mərkəzinin müəllimi Aysel Quliyeva, tələbələr Ədalət Bayramov və Sabir Tağızadə rəqəmsal enerji konsepsiyasını araşdırıblar.

Mərkəzin apardığı daha bir tədqiqat isə Ömürboyu təhsil rəqəmsal dövrün çağırışı kimi mövzusunda olub. Dosent Aida Quliyeva, müəllimlər Təranə Əliyeva, Ülviyyə Rzayeva və Rəna Hüseynovanın apardığı tədqiqat işi rəqəmsal iqtisadiyyatda Azərbaycan təhsilinin davamlılığının qiymətləndirilməsinə əsaslanır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay