2020-2021-ci tədris ili üzrə professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə differensial əmək haqqı sistemində ilk onluqda olan əməkdaşlarının aidiyyatı struktur bölmə tərəfindən Scopus beynəlxalq nüfuzlu elmi platformasındakı metrik göstəricilərinin təhlili aparılıb.
Bu əməkdaşlar tərəfindən dərc olunan 167 elmi əsər Scopus elmi platformasında indekslənib və bunların (131 elmi əsər) 78.4 %-i 2015-2020-ci illərin payına düşür.
Bununla yanaşı, müəlliflər və onların elmi əsərlərinin baza üzrə metrik göstəriciləri təhlil olunub. Təhlil zamanı ən sıx əməkdaşlıq olunan ölkələr, ali təhsil müəssisələri, akademik təşkilatlar, elmi əsərlərin tədqiqat sahələrinə görə təsnifləşdirilməsi, onların maliyyələşmə mənbələri öz əksini tapıb.
2020-2021-ci illər üzrə bu müəlliflər tərəfindən dərc olunan Scopus və Web of Science indeksli elmi əsərlərin SİYAHISI
Qeyd etməliyik ki, ilk onluqda olan müəlliflərin 167 elmi əsəri Scopus indeksli 75 elmi nəşrdə (jurnal, konfrans toplusu və s.) dərc edilmişdir. Bu elmi nəşrlərə müraciət olunma sayına görə Q2 kvartili, dərc olunma sayına görə isə Q3 kvartili üstünlük təşkil edir. Belə ki, Scopus bazasındakı verilənlərə əsasən eyni elmi nəşr müxtəlif elmi istiqamətləri üzrə fərqli kvartillərdə yer ala bilər, məsələn Turizm jurnalı Sosial Elmlər üzrə Q2, Biznes, menecment və mühasibat uçotu elmi istiqaməti üzrə Q3 kvartildir.
Ətraflı olaraq TƏHLİLLƏ tanış ola bilərsiniz.