A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində “Nizami Gəncəvi- 880” yubiley tədbirləri çərçivəsində elmi seminar keçirilib.

Seminarda ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva çıxış edərək, 2021-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən ölkədə “Nizami ili” elan olunduğunu bildirib. Bu sərəncamın milli-mənəvi dəyərlərimizə verilən böyük qiymətin və dəstəyin ifadəsi olduğunu, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə ehtiramını əks etdirdiyini qeyd edib.

Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov, dosent Afaq Məmmədova, Validə Əliyeva çıxışlarında Nizamini filosof, təbiətşünas alim, sosioloq, psixoloq, tarixçi və lirik şair kimi səciyyələndirərək, ədibin irsinin tarixilik və müasirliyin vəhdətini əks etdirdiyini bildiriblər. Onun əsərlərinin Azərbaycan və bütövlükdə Şərq islam bölgəsinin intibah dövrü fəlsəfi fikrinin və mədəniyyətinin sоnrakı inkişafında böyük rоlu olduğunu qeyd etdilər.

Seminar Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı çıxışlarla davam edib.

TOP XƏBƏRLƏR