A

Nüfuzlu elmi nəşr platformalarının metrik təhlil metodologiyalarından biri də tədqiqatçıların həmmüəlliflik, H-index, istinad, elmi əsər sayına görə göstəricilərinin analiz olunmasıdır.

Bununla yanaşı, dünya reytinqlərində qiymətləndirmə metodologiyasında 5 əsas indikatorlardan ikisi müəlliflərin istinadları və H-indeks göstəriciləridir.

UNEC kafedralarında fəaliyyət göstərən professor-müəllim heyətinin bu göstəricilər üzrə təhlili baza verilənlərinə əsasən aşağıdakı şəkildədir:

Elmi əsər sayı

1.Mühəndislik və tətbiqi elmlər - 39 %     

2.Riyaziyyat və statistika - 10%

3.İqtisadiyyat və işlətmə - 9%

İstinad sayı

1.Mühəndislik və tətbiqi elmlər -  42% 

2.Beynəlxalq iqtisadiyyat və biznes -  10% 

3.İqtisadiyyat və Riyaziyyat və statistika - 10%

H-index

1.Mühəndislik və tətbiqi elmlər -30% 

2.Riyaziyyat və statistika - 12%

3.İqtisadiyyat və işlətmə - 10%

Həmmüəlliflik göstəricisi

1.Mühəndislik və tətbiqi elmlər -  38%

2.Rəqəmsal texnologiyalar və tətbiqi informatika - 9%

3.Tətbiqi iqtisadiyyat -  8%

Scopus bazasındakı elmi əsər müəlliflərinin 42%-ini ixtisası iqtisadiyyat olan müəllimlər təşkil edir. Scopus bazası üzrə verilənlərə əsasən, iqtisadiyyat elmi istiqaməti üzrə bu göstəricilərin təhlili göstərir ki, elmi əsər sayının 31%-i, istinad sayının 34%-i, h-index 37%-i, həmmüəllifliyin 42%-i bu hissənin payına düşür.

2023-cü il tarixinin verilənlərinə əsasən, UNEC-in Scopus elmi nəşr platformasında müəllif profillərinin sayı 228-dən 236-ya yüksəlib. Qeyd etməliyik ki, Scopus müəllif profili tədqiqatçının bu bazada indekslənən jurnallarda elmi əsərləri dərc olunanda Elsevier şirkəti tərəfindən avtomatik olaraq yaradılır. UNEC struktur bölmələrindən Mühəndislik və tətbiqi elmlər 21%-lə, Tətbiqi iqtisadiyyat 11%-lə, İqtisadiyyat və işlətmə 9%-lə bu göstərici üzrə ilk üçlükdə qərarlaşıb.

Yuxarıda qeyd olunan təhlil Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Elmmetrika şöbəsi tərəfindən UNEC professor-müəllim heyətinin Scopus bazasındakı müəllif profillərinin verilənləri əsasında aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay