UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti (ÜFTTD), Xarici dillər kafedrası, Lingva Training Center və UNEC Dil Mərkəzinin (Language Center) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spelling Bee müsabiqəsi keçirilib.
Tədbirdə çıxış edən ÜFTTD-nin direktoru Gülnarə Rzayeva, Xarici dillər kafedrasının müdiri Afət Abbasova iştirakçılara müsabiqə barədə məlumat verildikdən sonra onlara uğurlar arzulayıblar.
Maraqlı keçən yarışın qalibləri İsmayıl Həsənov və Elmin Novruzov olub. Qaliblərə Linqva Training Center tərəfindən pul mükafatı, UNEC Language Center tərəfindən isə bir aylıq ödənişsiz dil kursu hədiyyə olunub.
İkinci yerin qalibi Hüseyn Məmmədova isə sertifikat təqdim olunub və kitab hədiyyə edilib.