UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) və KPMG Azərbaycan “Employability Advancement” layihəsinə start verib.
Layihənin məqsədi Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələrinin biznes mühiti və real iş dünyası ilə daha yaxından tanış olmalarına şərait yaratmaq, tələbələrin praktiki bacarıqlarını inkişaf etdirmək və onların gələcək karyera imkanlarını genişləndirməkdir. Bu məqsədlə layihədə iştirak etmək üçün 30 ən fəal və təşəbbüskar tələbə seçilib.
Layihənin birinci mərhələsi çərçivəsində tələbələr KPMG ofisinə səfər ediblər. Burada şirkətin Deal Advisory departamentinin nümayəndələri maraqlı və informativ təqdimatlarla çıxış edərək tələbələrə şirkətin fəaliyyəti, karyera imkanları və biznes prosesləri barədə ətraflı məlumat veriblər.
Növbəti mərhələlərdə isə KPMG mütəxəssislərinin xüsusi hazırlanmış təlim proqramı ilə UNEC-də tələbələr üçün praktik sessiyaların keçirməsi nəzərdə tutulub.