A

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və İqtisadi Araşdırmalar Elmi-tədqiqat İnstitutunun təşkilatçılığı ilə “WUF13-un Azərbaycanda keçirilməsinin strateji əhəmiyyəti” mövzusunda dəyirmi masa təşkil olunub.

Dəyirmi masanın məqsədi 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərlər Forumunun (WUF13) ölkəmiz üçün strateji, iqtisadi və sosial əhəmiyyətini, Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığa verdiyi töhfələri, həmçinin dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq təcrübə mübadiləsini təşviq etmək olub.

Müzakirələr zamanı forumun Azərbaycana gətirəcəyi urban inkişaf imkanları, ekoloji davamlılıq, rəqəmsal şəhərsalma, turizm və beynəlxalq imic baxımından əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın regional şəhərsalma mərkəzi kimi mövqeyini möhkəmləndirəcək, ölkədə yaşıl və dayanıqlı şəhər konsepsiyalarının tətbiqinə yeni təkan verəcəkdir. Bu forum Azərbaycan üçün təkcə beynəlxalq tədbir deyil, həm də şəhər inkişafı, iqlim dəyişikliyi və innovativ idarəetmə sahəsində qlobal təcrübənin yerli səviyyədə tətbiqi üçün bir fürsət olacaqdır. Burada qəbul ediləcək qərarlar yalnız şəhərlərin gələcəyinə deyil, həm də iqlim dəyişikliklərinə adaptasiya, sosial ədalət və bərabər inkişaf prinsiplərinə xidmət edəcək.

UNEC-də WUF13-un Azərbaycanda keçirilməsinin strateji əhəmiyyəti mövzusunda dəyirmi masa keçirilib

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay