05 noyabr 2025-ci il tarixində UNEC-in Mühəndislik fakültəsinin şəhid məzunu Bəhruz Məmmədovun anım günü qeyd edilib.
Fakültənin dosentləri, ixtisas rəhbəri Azər Məmmədov və Oqtay Məmmədov şəhidin dəfn olunduğu Yevlax rayonunun Xaldan kəndinə gedərək onun ailəsi ilə görüşüblər.
Sonra şəhidin məzarı ailə üzvləri və qohumları ilə birlikdə ziyarət olunub, gül dəstələri qoyulub və Bəhruz Məmmədovun xatirəsi ehtiramla yad edilib.