Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri arasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dövlət maliyyəsi və dövlət sektorunda audit” mövzusu üzrə olimpiada keçiriləcək. 

Olimpiadanın keçirilməsinin şərtləri aşağıdakı kimi müəyyən olunmuşdur:

  • Olimpiada seçim turu (test imtahanı) və yekun tur (yazılı imtahan) olmaqla 2 mərhələdəibarət olacaqdır;
  • 24 noyabr 2023-cü il tarixində saat 10.00-da UNEC-in Əsas tədris binasındakı imtahan zalında keçiriləcək seçim turunda tələbələrə50 ədəd test tapşırığı təqdim ediləcək. Bu mərhələ üzrə ilk 20 yeri tutmuş tələbə növbəti mərhələdə iştirak şansı qazanacaqdır;
  • Olimpiadanın yekun turu 28 noyabr 2023-cü il tarixində keçiriləcək və həmin imtahan üzrə nəticələrin 3 gün ərzində elan olunması nəzərdə tutulur;
  • “Dövlət maliyyəsi və dövlət sektorunda audit” mövzusu üzrə olimpiadada ilk 3 yeri tutmuş tələbə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən mükafatlandırılacaq və onlara nəticələrini təsdiq edən müvafiq sertifikatlar təqdim ediləcək.

Olimpiadanın seçim turunda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

Son qeydiyyat tarixi: 23 noyabr 2023-cü il (saat12.00-dək)

QEYDİYYAT

TOP XƏBƏRLƏR