A

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin 2016-cı il məzunu Süleyman Əlbağış oğlu Qarayevin iyul ayının 3-də doğum günü idi. Yaşasaydı 29 yaşı olacaqdı.

UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və universitetin məzunları şəhidin ailə üzvləri ilə birlikdə Sabirabad rayonunun Qalaqayın kəndində Süleyman Qarayevin məzarı ziyarət ediblər. Ziyarətçilər şəhidin xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin anım günündə fakültə dekanı dosent Hafis Hacıyev və şəhidin atası Əlbağış Qarayev onunla bağlı xatirələrini bölüşüblər.

Süleyman Qarayev 7 oktyabr 2020-ci il tarixində Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

TOP XƏBƏRLƏR