A

“Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında UNEC-in Tələbə Həmkarlar İttifaqi Komitəsinin İqtisadçi intellektual klubunun komandası III yeri qazanıb.

Bilik yarışında 48 ali təhsil ocağı təmsil olunub.Bu ilki yarış Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib. Yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub. Bununla yanaşı, bilik yarışının iştirakçı komandaları üçün təlim keçirilib. Komandalar ümummilli lider Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti, irsi, eləcə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan zəfər tarixi barədə mövzuları əhatə edən sualları cavablandırıblar. Bilik yarışı 3 turdan ibarət olub. Hər turda 12 sual cavablandırılıb. Suallar komandalara əvvəlcədən təqdim olunan mövzular əsasında tərtib edilib. Turların sonunda ümumi qiymətləndirmə üzrə 3 qalib komanda müəyyən edilib.

Bilik yarışında Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Polis Akademiyasının komandası ikinci, UNEC-in THİK-in İqtisadçi İntellektual klubunun komandası üçüncü yerə layiq görülüb. Qaliblərin mükafatlandırılması ilə yanaşı, komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzi adından iştirakçı sertifikatları təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay