UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində “Dünyada və Azərbaycanda içməli su problemləri və onların həlli yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dos Elman Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün əlavə tədbirlər haqqında müvafiq sərəncamını və bu sahədə müəyyənləşdirilmiş 2020-2022-ci illər üçün Tədbirlər Planı haqda məlumatı diqqətə çatdırıb.
Sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dosenti c.ü.f.d Şəfiqə Hümbətova “Dünyada və Azərbaycanda içməli su problemləri və həlli yolları" barədə məruzə ilə çıxış edib. Məruzəçi ölkənin şirin su ilə təmin edilməsi məsələsinə toxunaraq, bu istiqamətdə qarşıya çıxan problemlər və problemlərin həlli ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.