A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü"nə həsr olunan "Mən öz gələcəyimi seçirəm" mövzusunda görüş keçirilib.

Görüşdə Ahəng Psixoloji Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, ailə-uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova tələbələrə narkotik vasitələrdən istifadənin narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə tədbirləri barədə məlumat verib.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay