A

UNEC Karyera Mərkəzinin və Rəqəmsal iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə “IT BRAİNS” MMC-nin nümayəndələrinin tələbələrlə görüşü keçirilib.

Akademiyanın təsisçisi Orxan Məmmədov və təlimçilər tələbələrə təlim proqramları (kibertəhlükəsizlik, proqramlaşdırma, dizayn sahələri) barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, UNEC-də  İT BRAINS Akademiyasının peşəkar təlimçiləri tərəfindən ödənişsiz  proqramlaşdırma kursları təşkil olunacaq.

Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov IT sahələri üzrə praktiki təlimlərin təhsilalanların nəzəri bilikləri ilə yanaşı, bacarıqlarının inkişaf etdirilməsindəki vacibliyini vurğulayıb. Karyera Mərkəzinin direktoru Aytac Rzayeva isə İT biliklərinin gənclərin gələcək karyera quruculuğundakı rolundan danışıb.

Sonra tələbələrə  “IT sahəsinə haradan başlayım?” adlı seminar keçirilib. Seminarın ikinci hissəsində sual-cavab infosessiyası təşkil olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay