A

COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Almaniyanın Ruhr-Bochum Universitetinin “Ətraf Mühit Resurs İqtisadiyyatı və Davamlılıq kafedrası”nın müdiri, professor Andreas Löschel UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşən Andreas Löschel arasında hər iki universitetdə birgə proqramların açılmasının sürətləndirilməsi imkanları müzakirə olunub.

Avropanın ətraf mühit üzrə məhşur tədqiqatçılarından olan A.Löschel UNEC-lə də tanış olub. O, 3 saylı tədris binasındakı laboratoriyaların fəaliyyətini yaxından izləyib, eyni zamanda professor-müəllim heyəti ilə görüşərək, “Pathways to Climate-Neutral Energy Systems” mövzusunda təqdimatla çıxış edib.

Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə UNEC-in tədqiqat mərkəzlərinin tədqiqatçıları ilə yanaşı, ölkənin bir sıra ali təhsil və elmi müəssisələrinin nümayəndə heyəti də iştirak edib.

Professor Andreas Löschel COP29 tədbirinin iqlim dəyişikliyi ilə bağlı problemlərin müzakirəsi və iqlim dəyişikliyi nəticəsində yaranan problemlərin qarşısının alınması istiqamətində əhəmiyyətindən söz açaraq, Azərbaycanın bu qlobal fəlakətlə mübarizədə liderlik nümayiş etdirdiyindən məmnunluğunu ifadə edib. Avropalı tədqiqatçı ətraf mühitin mühafizəsi ilə bağlı apardığı tədqiqatları iştirakçılarla bölüşüb.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, məruzəçi tərəfindən ona ünvanlanan suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR