A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Tələbələr arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışları və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, gənclərin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün tələbələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışıb.

Azərbaycan Tibb Universitetinin “Ailə təbabəti” kafedrasının assistenti Lalə Qasımova “Tələbələr arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışları və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda çıxış edərək, sağlam həyat tərzinin gümrah yaşamağı və xəstəliklərdən uzaq olmağı nəzərdə tutduğunu bildirib, sağlam həyat tərzinin formalaşmasında önəmli rol oynayan amillərdən söz açıb, gənc yaşlarda reproduktiv sağlamlığı qorumağın vacibliyini vurğulayıb, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən, ailə planlaşdırılmasının vacibliyindən, erkən nikahların fəsadlarından bəhs edib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara sağlamlığın qorunması və sağlam həyat tərzi barədə tibbi tövsiyələr verilib.

TOP XƏBƏRLƏR