A

Çinin Hebei İqtisadiyyat və Biznes Universiteti (HUEB) tərəfindən COP29 tədbiri çərçivəsində “Şəhər enerjisinə keçid və innovativ inkişaf” mövzusunda tədbir keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) həmtəşkilatçılığı ilə keçirilən tədbirdə beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Hüseyn Həsənovun videoçıxışı nümayiş olunub. UNEC prorektoru çıxışında şəhər enerjisinə keçid və innovativ inkişafın sosial və ekoloji məsuliyyət, eləcə də şəhərlərin rifahının artırılmasındakı rolundan danışıb. O, bu addımın planetimizin qorunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR