A

UNEC-in “Tətbiqi iqtisadiyyat” kafedrasının ixtisas rəhbəri, dosent Lalə Həmidova Orhun beynəlxalq mübadilə proqramı çərçivəsində Qazaxstanın Türküstan şəhərində yerləşən Hoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetində ezamiyyətdə olub.

Ezamiyyət zamanı Lalə Həmidova “Menecment” ixtisasının tələbələrinə “Firmanın xarici mühitinin təhlili”, “Strateji qruplaşdırılma”, “Strateji menecmentin mərhələləri” mövzularında mühazirələr  deyib. Həmçinin İqtisadiyyat, idarəetmə və hüquq fakültəsinin tələbələrinə UNEC haqqında ətraflı məlumat verərək, onları maraqlandıran sualları cavablandırıb.

Səfər çərçivəsində akademik heyət ilə görüşlər də təşkil olunub və onlara UNEC-in təhsil imkanları barədə məlumat verilib. Həmçinin mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələr haqqında fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay