A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev 2024/2025-ci tədris ili üzrə UNEC-də təkrar ali təhsilə qəbulun nəticələri barədə məlumat verib. Bu il təkrar ali təhsilə 279 nəfərin qəbul olduğunu deyən S.Tanrıverdiyev, qiyabi təhsil forması üzrə təkrar ali təhsilə qəbul olanların sayının Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan yolu ilə qəbul olanların sayından yüksək olduğunu sevindirici hal kimi vurğulayıb. O, tələbələrin daha çox “Dövlət və bələdiyyə idarəetməsi”, “Maliyyə”, “İqtisadiyyat, “Mühasibat” və “Menecment” ixtisaslarını seçdiklərini diqqətə çatdırıb.

Sonra rektorun müşaviri dosent Elşən Bağırzadə “Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əmək haqqı sisteminin tətbiqi haqqında Qaydalar”da, eləcə də “Təhsilalanların universitetdaxili intizam Qaydaları”nda edilən dəyişikliklər barədə məlumat verib. Dəyişikliklər şura üzvləri tərəfindən qəbul edilib.

Elmi Şura Xarici Dillər Departamentinin direktoru dos. Aysel Xəlilovanın çıxışı ilə davam edib. A.Xəlilzadənin alman, rus, fransız dilində XDİAK fənni üzrə təhsil alan tələbələrin aralıq imtahanlarının alman dilindən “ÖSD”, rus dilindən “TORFL”, fransız dilindən isə “TCF” imtahanları vasitəsilə keçirilməsi haqqında təklifi şura üzvləri tərəfindən qəbul olunub.

Elmi Şurada UNEC rektoru professor Ədalət Muradovun təklifi ilə universitet əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə, dekabr ayından UNEC üzrə orta aylıq vəzifə maaşı 14 faiz, o cümlədən pedaqoji heyət üzrə 15 faiz, inzibati və tədris köməkçi heyət üzrə 12 faiz artırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay