A

UNEC-in Rus İqtisad Məktəbində Rusiyanın Belqorod Dövlət Universitetinin (BDU) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə hər iki universitet arasındakı uzun müddətli əməkdaşlığın mövcud durumu müzakirə olunub. Eyni zamanda birgə proqram və layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Elmi-tədqiqat institutu statusunu almış Belqorod Dövlət Universiteti ilə yaşıl iqtisadiyyat istiqamətində elmi əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib. BDU-nun Mədəniyyətlərarası və beynəlxalq münasibətlər İnstitutunun direktoru O.N.Proxorova, “Dünya iqtisadiyyatı” kafedrasının müdiri Y.N.Kamışançenko təmsil etdikləri sahələr üzrə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay