A

Türkiyənin Alanya Alaaddin Keykubat Universitetinin müəllimləri Orhun mübadilə proqramı çərçivəsində UNEC-də olublar.

Türkiyəli müəllimlər Prof. Dr. Oğuz Yıldırım, Raziye Demiralay, Vildan Yılmaz UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Afət Ələkbərova və Orhun proqramının koordinatoru Jalə Heydərova ilə görüşərək, universitetdə infotur keçiriblər.

Proqram çərçivəsində prof. dr. Oğuz Yıldırım Türk Dünyası İqtisad fakültəsində, Raziye Demiralay Rəqəmsal İqtisadiyyat fakültəsində, Vildan Yılmaz isə UNEC Biznes Məktəbində müvafiq dərslərə girərək tələbələrə mühazirələr oxuyublar.

Sonda müəllimlərə proqramda iştirak etdiklərinə görə sertifikatlar təqdim edilib.

Xatırladaq ki, Orhun mübadilə proqramı Türk Dövlətlər Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) təşəbbüsü ilə yaradılan və üzv universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsini dəstəkləyən proqramdır.

Proqram çərçivəsində Türk Dünyası ölkələrinin ali təhsil müəssisələri arasında qarşılıqlı inteqrasiya və əməkdaşlığın inkişafı nəzərdə tutulub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay