A

UNEC-də Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsinə həsr olunan tədbir keçirilib.

UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova son illərdə ölkəmizin bir sıra irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirərək, bütün bunların prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın məqsədyönlü fəaliyyətlərinin və ardıcıl səylərinin nəticəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Beynəlxalq standartların tətbiqi bölməsinin müdiri Məryəm Cəfəradə “Expo layihəsi, səhiyyənin gələcəyi” mövzusunda çıxış edib. O, “Expo 2025”-in beynəlxalq əhəmiyyətindən və ölkəmizdə keçirilməsindəki məqsədindən danışıb. “Expo 2025” Bakı layihəsi haqqında təqdimatı nümayiş etdirən M.Cəfərzadə “Expo 2025”-in həm də beynəlxalq dəstək və imkanlar yaradan bir layihə olduğunu diqqətə çatdıraraq hazırda Azərbaycanın Rusiya və Yaponiya ilə ev sahibliyi uğrunda rəqabət apardığını vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və Demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva “Məşğulluğun gələcəyi” mövzusunda təqdimatla çıxış edərək BƏT-ə üzv ölkələrdə milli dialoqların əsas müzakirə mövzuları və dünya əmək bazarında mövcud vəziyyətdən, məşğulluğun gələcək perspektivli sahələrindən danışıb.

“Təhsilin gələcəyi” mövzusunda çıxış edən Təhsil Nazirliyinin sektor müdiri, Expo təhsil mövzusunun eksperti Cəsarət Valehov isə “İnsan kapitalını inkişaf etdirərək daha yaxşı gələcək quraq” devizi ilə Azərbaycanın ev sahibliyini irəli sürməsinin ölkəmizdə insan kapitalına verilən yüksək dəyər kimi qiymətləndirib və 2025-ci ilədək dünyanı dəyişəcək texnoloji trendlərdən söz açıb.

Görüşdə bildirilib ki, FutureScape for Worldwide Digital Transformation IDC şirkətinin hesablamalarına görə, 2019-cu ilin sonuna qədər dünya rəqəmsal transformasiya bazarı 2017-ci ilə nisbətən 42% artaraq, 1,7 trilyon dollara çatacaq. Tədbirdə bu rəqəmlərin təhsil bazarına necə təsir edəcəyi barədə fikir mübadiləsi aparılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay