"Rabitabank" ASC və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə universitetin tələbə və məzunları “Rabitabank” ASC və “Customer Care” təcrübə proqramına başlayıblar.
Belə ki, bankın əməkdaşları tələbələrə proqram müddətində bank əməliyyat sahəsinə aid olan ARMB-nın və bankdaxili prosedur qaydaları haqqında məlumat verəcəklər və müştəri xidməti sahəsi ilə tanışlıq və işin öyrədilməsi, bank məhsulları və xidmət satışının həyata keçirilməsini öyrədəcəklər.
Proqramın sonunda uğurlu namizədlər işlə təmin olunacaqlar.