A

Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında birgə fəaliyyət planının müəyyən edilməsi və qarşılıqlı əməkdaşlıq haqqında memorandum aktı imzalanıb.

UNEC-in rektoru professor Ədalət Muradov və Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevin imzaladığı memorandumda UNEC-lə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini təmin etməklə təhsil tələbə kreditləri haqqında məlumatların daha geniş kütləyə çatdırılması, tələbələrin və valideynlərin təhsil tələbə kreditləri və güzəştləri haqqında daha düzgün məlumatlanması, sosial məsuliyyəti artıran layihələrin icrası, birgə tədbirlərin təşkil edilməsi əks olunub.

Həmçinin sənəddə UNEC tələbələrinin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası sahələrində əməkdaşlıq edilməsi də nəzərdə tutulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay