A

UNEC Səudiyyə Ərəbistanı Krallığında keçirilən Beynəlxalq təhsil sərgisində təmsil olunub.

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi Jalə Heydarova və Xarici dillər departamentinin müəllimi dos. Sevər Orucova sərgidə UNEC-i təmsil ediblər. Qeyd edək ki, UNEC ilk dəfə olaraq Körfəz ölkələri bölgəsində Beynəlxalq təhsil sərgisində iştirak edir.

Macarıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Çin Xalq Respublikası, Misir, İordaniya, Yunanıstan, Bosniya və Herseqovina kimi ölkələrin ali təhsil müəssisələrinin iştirak etdiyi sərgidə UNEC Azərbaycandan təmsil olunan yeganə ali təhsil müəssisəsidir.                  

TOP XƏBƏRLƏR