A

UNEC-in 95 illik yubileyi ilə bağlı təsdiq olunan tədbirlər planına əsasən Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə professor Maarifə Hacıyevanın yaradıcılıq hesabatı və “Azərbaycan- elim mənim ” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə ÜFTTD-in direktoru dosent Gülnarə Rzayeva və “Azərbaycan dili” kafedrasının müdiri professor Tofiq Əbdülhəsənli çıxış edərək, professor Maarifə Hacıyevanın beynəlxalq elmi arenada qazandığı uğurlar və fundamental tədqiqatlarının praktiki tətbiqlərini qeyd ediblər.

Daha sonra prof.M.Hacıyeva yaradıcılıq hesabatı verərək, monoqrafiya, dərsliklər, çoxsaylı məqalələrindən, “Azərbaycan elim mənim” adlı kitabı haqqında ətraflı məlumat verib. Kitabda həm nəhəng elmi faktura, həm də zəngin məna strukturuna malik ədəbi-nəzəri baxışlar sisteminin olduğunu söyləyib. 

TOP XƏBƏRLƏR