UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Bank-Maliyyə Akademiyasında (BMA) olub.
BMA-nın rektoru professor Elmurod Hoshimov ilə görüşdə ali təhsilin üzləşdiyi qlobal çağırışlar, klassik universitet modelinin gələcək perspektivləri və təhsilin rəqəmsallaşmasının yaratdığı imkanlar ətrafında maraqlı müzakirələr aparılıb. Müzakirələrin sonunda UNEC və BMA arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalanıb.
Səfər çərçivəsində UNEC rektoru professor Ədalət Muradov BMA-nın Xatirə Kitabına öz ürək sözlərini də yazıb.