A

UNEC-in noyabr ayı üzrə həyata keçirdiyi yeniliklərin qısa xülasəsini təqdim edirik:

  1. UNEC Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin Sədri seçildi.
  2. UNEC, Hesablama Palatası və Gürcüstan Dövlət Audit İnstitutu arasında üçtərəfli memorandum imzalandı.
  3. Enactus UNEC komandası “Enactus - World Cup 2022” dünya sosial-innovativ biznes ideyası yarışmasında TOP 16-lığa düşdü.
  4. UNEC oxucuları üçün 2 nüfuzlu bazadan -Emerald Publishing və SAGE istifadə imkanı yaradıldı.
  5. Azərbaycan Sığortaçılar Assosiasiyası ilə əməkdaşlığa start verildi.
  6. 400-dən çox müəssisəni özündə birləşdirən Marsol İş Adamları Birliyi ilə əməkdaşlığa dair memorandum imzalandı.
  7. Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə əməkdaşlıq memorandumu imzalandı.
  8. Türkiyənin EGE Universiteti ilə UNEC arasında “Qida mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına start verildi.
  9. UNEC ilə Qərbi Makedoniya Universitetinin ortaq diplom (joint degree) proqramının 77 məzununa magistr diplomları təqdim edildi.
  10. UNEC-in 500 əməkdaşı ixtisaslaşmış İsrail şirkətinin təşkilatçılığı ilə Yumşaq bacarıqlar (soft skills) üzrə təlimləri uğurla başa vurdu.
  11. UNEC əməkdaşlarının Scopus bazasında 8, “Web of science”da da 12 elmi məqaləsi indeksləndi.
  12. “Coders Azerbaijan” şirkəti veb-proqramlaşdırma üzrə əməkdaşlığa başladı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay