Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan Quacquarelli Symonds (QS) dünyanın ən yaxşı universitetlərinin fənlər üzrə reytinqini açıqlayıb.
Azərbaycan QS reytinqində ölkənin iki universitetinin təhsil proqramları ilə təmsil olunur: Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC).
UNEC “İqtisadiyyat və Ekonometrika” proqramı üzrə dünyanın 351-400 ən yaxşı universiteti, həmçinin “Sosial elmlər və Menecment” proqramı üzrə dünyanın 501-550 ən yaxşı universiteti sırasına daxil edilib.
“İqtisadiyyat və Ekonometrika” üzrə fənn reytinqində öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıran UNEC 351-400-cü yerə yüksəlir və bunu ilk növbədə, öz profil fənni üzrə elmi məhsuldarlıq göstəricilərinin təsirli dinamikası sayəsində bir nəşrə düşən sitatların sayı və Hirş indeksi üzrə hesablanmış dəyərlərin artması sübut edir.
UNEC həmçinin “Sosial elmlər və Menecment” üzrə geniş fənlər sahəsi reytinqində 501-550-ci yerdə qərarlaşır.
Bundan əlavə, UNEC ilk dəfə “Sosial elmlər və menecment” sahə reytinqində "İşəgötürənlər arasında reputasiya" üzrə 186-cı yerə yüksələrək, ayrı-ayrı göstəricilərə görə ən yüksək pilləni tutur.
2024 cü ildə dünyanın ən yaxşı universitetlərinin fənn reytinqləri (QS World University Rankings by Subject 2024) Azərbaycan ali təhsil müəssisələrinin nəticələri |
|||
2024-cü ildəki mövqe |
2023-cü ildəki mövqe |
Universitet |
Fənn / Fənn kateqoriyası |
351-400 |
501-530 |
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) |
İqtisadiyyat və Ekonometrika |
501-550 |
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) |
Sosial elmlər və Menecment |
Azərbaycan universitetlərinin reytinqlərimizin bütün sıralarında artan iştirakı, şübhəsiz ki, sevindirici haldır. Qeyd etmək vacibdir ki, nəşr olunan reytinqlərə daxil olan iki universitetlə (Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti) yanaşı, ölkənin digər aparıcı universitetləri də bir sıra fənlər üzrə nəşr olunan mövqelərə sürətlə yaxınlaşır və yaxın gələcəkdə onlara daxil olmaq potensialını artırır. Reytinqlərdə daha da irəliləmək üçün əsas imkanlar beynəlmiləlləşmə strategiyalarının hazırlanması və həyata keçirilməsi, yüksək kvartilli elmi jurnallarda iştirakın gücləndirilməsi və xarici tərəfdaşlarla birgə tədqiqat layihələrində fəal iştirak etməkdən ibarətdir.
Bu reytinqlər 95 ölkə və ərazidə 1500 universitetdə 55 fənn və 5 geniş fənn kateqoriyası üzrə tələbələrə xidmət göstərən 16.400-dən çox ali təhsil proqramının müstəqil müqayisəli təhlilini əks etdirir. Fənn reytinqləri hər il dərc edilir və 2023-cü ildə 60 milyondan çox unikal baxış əldə edən və bütün dünyada media nəşrlərində təxminən 124.000 dəfə qeyd edilən QS World University Rankings-in bir hissəsidir.
Sergey Xristolyubov,
QS-in (Quacquarelli Symonds) regional direktoru.