A

Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında imzalanan anlaşma memorandumu çərçivəsində Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev Hesablama Palatasının nümayəndə heyəti ilə birlikdə Gürcüstan Dövlət Audit İnstitutunda işgüzar səfərdə olublar.

Nümayəndə heyəti Gürcüstan Dövlət Audit İnstitutunun direktoru Gela Tsiklauri, və universitetin digər struktur rəhbərləri, eləcə Gürcüstan Dövlət Audit Xidmətinin İnsan resursları şöbəsinin müdiri Nino Mdinaradze ilə görüşüb. Görüşdə üçtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin Gürcüstan Dövlət Audit İnstitutunun təlim proqramları, tədris metodları, auditorların sertifikatlaşdırılması, təcrübə mübadiləsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay