A

UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti İbrahim Quliyevin müəllifi olduğu “İnvestisiya layihələrinin qiymətləndirilməsi” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Təqdimatda kafedranın professor-müəllim heyəti, kitabxananın əməkdaşları və tələbələr iştirak ediblər.

Kafedranın müdiri dos. Elşən Məmmədov və UNEC -in 2 saylı kitabxanasının müdiri Rəsmiyyə Rzayeva tədbirdə çıxış edərək, tədris vəsaitlərinin hazırlanmasının önəmindən danıpşıblar. Çap olunan dərs vəsaitinin investisiya layihələrinin qiymətləndirilməsi üzrə əsas biliklərin, metod və modellərin, beynəlxalq standartların öyrənilməsi baxımından tələbələr üçün əhəmiyyətini vurğulayıblar. 

Sonra müəllif dos. İbrahim Quliyev dərs vəsaitinin ərsəyə gəlməsi barədə məlumat verib. Kitabda investisiya layihələrinin qiymətləndirilməsi prinsipləri, metodları və struktur modellərinin və s. olduğunu bildirib. Dərs vəsaitinin iqtisadiyyat və idarəetmə ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Çıxışlardan sonra  iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay