A

UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dosent Elşən Məmmədov Azərbaycan Universitetində təşkil olunan magistr və tələbələrin “Yaşıl turizm: yeni imkanlar, yeni trendlər” mövzusunda Respublika Elmi Konfransında məruzə ilə çıxış edib.

Konfransın Təşkilat Komitəsinin üzvü, dosent Elşən Məmmədov tədbirin açılış mərasimində çıxış edərək, iştirakçılara yaşıl iqtisadiyyat və yaşıl turizm, turizm resurslarından səmərəli istifadə, turizm və xidmət sənayesinin iqtisadiyyatın digər sahələri ilə əlaqəsi, Azərbaycanın yaşıl enerji potenisalı və bu sahə üzrə hədəfləri haqqında məlumat verib. Həmçinin o, prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasından, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası”nın yaradılması istiqamətində görülmüş işlərdən də bəhs edib.

UNEC-in magistr və tələbələrinin də qatıldığı konfransda açılışın ardından başlayan bölmə iclaslarında təqdim olunan tezislərin təqdimatı olub, təqdimatlar ətrafında müzakirələr aparılıb və sonda sertifikatlar verilib.

Qeyd edək ki, konfransın təşkilində əsas məqsəd tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi, onlarda tədqiqatçılıq bacarıqlarının formalaşdırılması, peşə biliklərinin dərinləşdirilməsi və natiqlik bacarıqlarının inkişaf etdirilməsi olub.

 

TOP XƏBƏRLƏR